BİZİM VAKANSİYALAR

Şirkət olaraq yüksək performans göstərərək, gələcək nəslin liderlərini inkişaf etdirməyə fokuslanırıq. Bizim şirkət mədəniyyətimiz, fərdi öhdəlik və məsuliyyəti təməl alan və onu dəstəkləyən bir mədəniyyətdir. Bu şirkət mədəniyyətimizin meyarı, bacarıqlı və fərqli insanları cəzbetməkdir.
Karyeranı uzun müddətli bir öhdəlik olaraq görür və bunu gələcək potensialınıza sərf edirik. Bu da əsl əməkdaşlıqdır. Hər mərhələdə, inkişaf etməyiniz üçün şirkət imkanları, əməkdaşlarınız və formal təhsil vasitəsi ilə dəstəklənəcəksiniz.
Nəticə olaraq, yenə də fərdi inkişaf planınıza davam etməyinizi gözləyirik. Güclü və zəif tərəflərinizi vicdanla dəyərləndirmək və əməkdaşlarınızdan sizin haqqınızda fikirlərini öyrənmək üçün ayağa qalxmağınızı və “Mən” deməyinizi gözləyirik.
Gələcək liderlərimizdən biri olaraq, biz sizin davamlı öyrənmə və şəxsiyyətinizin bir hissəsinin - yeni ideyalar, bacarıq və tapşırıqlar üçün ac qalmaq - təkmilləşdirilməsi üçün sizə güvənirik.

Əməkdaşlarımız üçün Dəyərlərimiz

Biz onlara Yolgöstərən Prinsiplər deyirik. Onlar bizim üçün kim olduğumuzu müəyyənləşdirir və düşünmək, hərəkət etmək və davranışlarımız üçün bizə kompas verir.
Təşəbbüskarlıq ruhu – özü il birlikdə gələn təşəbbüs riskini qəbul edir və böyüməyi həvəslə davam etdiririk. Çətinliklərin üstəsindən gəlmək üçün cəsuruq və mübarizəyə davam edirik.
Məsuliyyət yoluyla azadlıq – biz həmişə cəmiyyət üçün doğru olanı etməyə çalışırıq və insanların maraqlarına uyğun hərəkət edərkən azaqlığımızı istifadə edirik.
Açıq fikirli – biz sosial dəyişikliklər və fərqli perspektivlər ilə irəliyə baxan bir şirkətik. Biz hər zaman yeni yollar açırıq.
Müxtəlifliyin gücü – bir-birimizin fərqliliklərinə hörmət edirik, birlikdə çalışmaqdan zövq alırıq və hər birimizdə unikal olana dəyər veririk.

Copyright © 2017-2018 Sayt SMM-SEO.AZ tərəfindən hazırlanıb