TOEFL və Pre-TOEFL Beynəlxalq İngilis Dili Test Sistemi

TOEFL

İngilis dili bilik və səviyyə testi olan TOEFL (Test of English as a Foreign Language) xaricdə təhsil almaq və ya təhsilini dəvam etdirmək istəyən şəxslər üçün çox vacibdir. Avropanın bir çox universitetleri ilə yanaşı Kanada, Amerika kimi ölkələr də öz namizədlərini bu testin nəticələri ilə müqayisə və qəbul edir.
Ana dili inglis dili olmayan tələbələrin universitetlərə müraciəti zamanı TOEFL dil imtahanı böyük rol oynayır, lakin yalnız təhsillə bağlı müraciətlərdə deyil viza müaciətlərinda da tələb olunur və mühüm rol oynayır. TOEFL testi 140-dan çox ölkədə 8000-dən çox müəssisədə keçərlidir. İmtahanın nəticəsi iki il müddətində aktivdir. Maksimum bal 120-dir və imtahan oxuma, yazma, danışma və dinləmə bölmələrindər ibarətdir.

Pre-TOEFL

Əgər siz İnglis dilini peşəkar səviyyədə bilirsinizsə, TOEFL imtahanına hazırlaşmaq sizin bir ay və ya daha az vaxtınızı alacaq. Siz ancaq imtahan strukturuna və test biliklərinə yiyələnməklə imtahada istədiyiniz nəticəni əldə edə biləcəksiniz. Digər bir tərəfdən dil bacarıqları zəif olanlar isə birbaşa TOEFL hazırlaşmağa başladığı zaman dinləmə bölümündə deyilənləri anlamaqda, oxuma bölümündə mətnlərin məğzini anlasa da detallarını qavramaqda çətinlik çəkəcək. Buna görə də çətinlik çəkənlərə və ya özünü birbaşa TOEFL hazırlaşmağa hazır hiss etməyənlərə Pre-TOEFL dərslərinə qatılmağı məsləhət görürük.

TOEFL Strukturu

Daha əvvəlki test formatlarından fərqli olaraq, (TOEFL iBT) dörd müxtəlif hissədən ibarətdir (oxuma, dinləmə, danışma və yazma) və ümumi olaraq təxminən dörd saat çəkir.
Dörd hissədən hər birindən 30 xala qədər toplamağa nail ola bilərsiniz, bu da toplamda maksimum balın 120 olduğu göstərir.
1. Oxuma (60 - 100 dəqiqə)
3-5 qısa mətn sizə veriləcək (təxminən 700 söz). Mətnlər akademik mətnlər olub müxtəlif mövzuları (məsələn, astronomiya, tarix, biologiya və s.) əhatə edir.
Bir mətni oxuduqdan sonra məzmunu və qrammatikası haqqında 12-14 çoxseçimli suala cavab verməlisiniz.
Mətnləri oxumaq üçün vaxt kifayət qədər qısadır, belə ki, mətnləri bir dəfə oxuyun, sualları cavablandırmaq üçün paraqrafları hissə-hissə və diqqətlə oxuyaraq cavablandırın.
Mətnlər adətən asan olur; yalnız bir neçə terminologiya və az tanınmış sözlər istifadə olunur ki bunlar mətni tam anlamağı çətinləşdirir. Bu sözlərin də mənasını diqqətli oxuduğunuz zaman kontekstdən anlaya bilərsiniz.
2. Dinləmə (60 - 90 dəqiqə)
Bu bölmə akademik mətnləri və müzakirələri anlama qabiliyətinizi test edir.
Sinifdə baş tutan 4-6 müxtəlif mühazirə və müzakirələr, eləcə də universitet həyatına dair ümumi mövzular barədə 2-3 söhbət eşidəcəksiniz.
Hər bir dinləmə hissəsi təxminən 3-5 dəqiqədir və yalnız bir dəfə səsləndirilir. Bununla belə, bu dinləmə verilmiş vərəqlər üzərində qeydlər aparmağınız üçün yetərlidir.
Dinlədikdən sonra, mühazirə/söhbət məzmunu haqqında 5-6 çoxseçimli suallara cavab verməlisiniz.
3. Danışma (20 dəqiqə)
Bir çox insan üçün, bu sistemə öyrəşməmiş insanlara danışma sessiyası ən çətinidir. Digər testlərdən (məsələn, IELTS) fərqli olaraq, imtahan götürənlər tərəfindən fərdi olaraq müsahibə aldığınız yerdə, TOEFL testinin danışma hissəsi tamamilə kompüterdə bir qulaqlıq vasitəsilə keçirilir. Cavabınız qeyd olunur və daha sonra qiymətləndirmə test mərkəzinə göndərilir. İmtahanın danışıq hissəsi təqribən 5 dəqiqə çəkir və bu bölmə iki hissədən ibarətdir.
İlk öncə kiçik bir sual verilir (məsələn, restoranda yemək yeməyi yoxsa evdə pişirməyi üstün tutursunuz?). Hazırlıq müddətiniz 15 saniyədir və ondan sonra təxminən 45 saniyəlik bir cavab verməlisiniz.
İkinci hissənin tapşırığını tamamlamaq üçün qısa bir mətni oxumaq və ya kiçik bir bölməni dinləmək lazım gəlir. Dinləmə və ya qısa mətn oxumaya əsaslanan bu bölmədə qeyd yazmaq üçün 30 saniyə hazırlıq vaxtınız var və 60 saniyə müddətində tapşırığın ikinci hissəsi barədə danışmalısınız.
Vaxt məhdud olduğundan, cavab vermə vaxtı sizi yönləndirəcək əhəmiyyətli açar sözləri yazın.
4. Yazı (50 dəqiqə)
İnşa yazmaq bölməsi iki hissədən ibarətdir:
1. İnteqrativ inşa yazma
Bu hissədə qısa mətni oxumaq və mətləblə əlaqəli söhbətə qulaq asmaq lazımdır. Bundan sonra bir suala yazılı cavab verməlisiniz.
Adətən, mətnin ən vacib hissələrini və dinləmə hissəsini ümumiləşdirməlisiniz və ikisi arasındakı əlaqəni 300 sözlə ifadə edəcək şəkildə yazmalısınız.
Cavabınızı yazarkən, mətn sizə yenidən göstəriləcək və eyni zamanda yazdığınız sözlərin sayını ekranda görəcəksiniz.
Vaxt tamam olduqdan sonra mətn dərhal gizlənəcək və artıq redaktə edə bilməyəcəksiniz.
2. Yaradıcı inşa yazma hissəsi
Mübahisəli mövzuyla əlaqədar bir sual alacaqsınız və bu mövzu ilə əlaqədar razılaşdığınızı göstərən və ya inkar edən fikirlərinizi yazmaq üçün 30 dəqiqəniz olacaq. Adətən, burada verilən suala hə/yox cavabı tələb edir.
Digər inşada olduğu kimi 300 söz məqbuldur.
Yazarkən, yaxşı qurulmuş mətnin məzmundan və ya faktiki rəydən daha vacib olduğunu unutmayın. Bəzən əks fikir üçün arqumentlər tapmaq asan ola bilər, hətta sizin şəxsi inancınız olmasa belə.
Qiymətləndirmə zamanı müxtəlif fikirlərinizi, arqumentlərinizi və nəticələrinizi əlaqələndirmək üçün istifadə etdiyiniz bağlayıcı sözlərə xüsusi diqqət yetirilir.

Qiymətlər

Fəlsəfəmiz sizə ən yaxşı təhsili verməkdir. Təlimlərimiz üçün yüksək standartlar qoyduq və təkcə qiymətlərin deyil, bütün xidmətlərin düzgün olmasını təmin etmək üçün çox diqqətlə çalışırıq. Bizim təlimlərimiz test edilir və istifadə sıınağından keçirilir. Təlimçilərimiz təhsil sahəsində ən yaxşılardır və həvəs və təcrübəmizdən əvvəl heyətimizin keyfiyyəti gəlir. Xidmətlərimizə daxil olan bir çox təlimlər keyfiyyət və dəyərin düzgün tarazlığını əldə etmək üçün diqqətli araşdırmalar nəticəsində formalaşdırılmışdır. Mükəmməllik mövzusunda bu həssaslığımız etibarımızın əsasıdır və tələbələrimizin bizə hər addımlarında yenidən müraciət etmələrinin səbəbi də budur.

Dərslər 90 dəqiqə həftədə 2 və ya 3 dəfə olmaqla keçirilir.
Ödənişə daxildir:
• 1 ay kurs
• Qeydiyyat üçün test imtahanı
• Hər ay dəyərləndirmə testi
• Məzun imtahanı və referans məktubu

Copyright © 2017-2018 Sayt SMM-SEO.AZ tərəfindən hazırlanıb