BRİTİSH LANGUAGE CENTER

British Language Center ölkəmizdə beynəlxalq təhsil metodlarına olan ehtiyacı ödəmək üçün yaradılmışdır.

British Language Center təcrübəsini modern təhsil metodları ilə davamlı yeniləyən çağdaş təhsil qurumudur. Akademik etika qaydalarını özümüzə meyar olaraq seçərək təhsilin hər pilləsində tələbələrimizə ehtiyac olan diqqəti göstəririk. Təhsildə etdiyimiz standartlaşdırma nəticəsində proqramlarımız sistemli bir formada işləyir. Bunun nəticəsində təhsilin keyfiyyəti artmağa davam edir.

Belnəlxaq dillər və programlar üzrə hazırladığımız proqramlarda uzunmüddətliliyi və öyrənmə asanlığını ön planda tuturuq. Tələbələrimizin inkişafını daimi olaraq izləyir və bacarıqlarını irəliyə aparmaq üçün individual ehtiyaclara uyğun proqramlar tərtib edirik.

Missiyamız:
Şəbəkələşən və insanların bir-birinə daha çox bağlı olduğu dünyada, British Language Center olaraq insanlara yüksək kommunikasiya qabiliyyətli və məlumatlı qlobal vatandaşlar olmaları və dünya mədəniyyətlərin kritik baxış bucağı görmələri üçün təhsil veririk. Təhsil qurumu olaraq, dünydakı insan təcrübələrini daha yaxşı anlamağımız üçün araşdırmalarımıza davam edirik.

Hədəfimiz:
İnsanlar, cəmiyyətin hər təbəqəsindəki inkişafa təsir edən xarici dil bilikləri ilə zəngin və qobal rəqabətə dayanıqlı hala gəlirlər. Hədəfimiz, dil və mədəniyyətlərarası təhsildə qabaqcıl qurum olaraq qalmağa davam edərək, xidmətlərimizin ehtiyaclarınıza uyğun daha modern formaya gətirilməsinə və inkişafına davam etməkdir.

Dəyərlərimiz:
•Biz digər mədəniyyətlər və dünya dillərində tətbiq olunan öyrənmə metodları və bacarıqları inkişaf etdiririk.
• Biz bütün mədəniyyətlərə hörmət edirik və müxtəlifliyə dəyər veririk.
• Biz tədrisdə mükəmməllik üçün çalışırıq.
• Biz tələbələrimiz üçün mədəniyyətlərarası təcrübələrlə yeniliklər edirik.
• Biz şirkətin qlobal təşəbbüslərini inkişaf etdirmək üçün digər şirkətlər ilə əməkdaşlıq edir və münasibətləri inkişaf etdiririk.

Copyright © 2017-2018 Sayt SMM-SEO.AZ tərəfindən hazırlanıb