< GMAT Beynəlxalq İngilis Dili Test Sistemi

GMAT Beynəlxalq İngilis Dili Test Sistemi

GMAT

Daha çox GMAT kimi tanınan Graduate Management Admission Test, idarəetmənin öyrənilməsində vacib olan bacarıqları ölçmək üçün istifadə edilən kompüter əsaslı bir imtahandır. Magistr səviyyəsində idarəetmə proqramları olan universitetlər namizədləri müqayisə etmək və qəbul qəbul etmək üçün GMAT testinin nəticələrindən istifadə edirlər.

GMAT obyektiv qiymətləndirmə meyarları olan beynəlxalq bir testdir, buna görə də akademik müvəffəqiyyəti, bir təhsil müəssisəsinin müəssisə proqramına görə dəyişə bilən qiymət ortalamasından (GPA) daha çox diqqətə alınır. 1600-dən çox kollec və universitet GMAT nəticələri ilə tələbə qəbul edir. Düzgün hazırlıq strategiyası proqrama qəbul olunmaq və rədd cavabı almaqda böyük rola malikdir. Buna görə də kifayət qədər fərq yaratmaq üçün bizim peşəkar təlimçilərimizlə çalışmaq sizi müvəffəqiyətə aparacaq.

Testin təqdim olunma formatı

GMAT dörd hissədən ibarətdir və ümumi üç saat yarım davam edir. Analitik yazı yazma tapşırığı 30 dəqiqə çəkir və tələbələrə təqdim olunan arqumenti qısa şəkildə tənqid edici fikirlərlə şərh etmələri istənir. Bu hissə testin yeganə çoxvariantlı sual olmayan hissəsidir. Sonradan, 2012-ci ildə əlavə edilən Integrated Reasoning (IR) bölməsidə 12 sual var. İmtahan iştirakçılarının dörd tip sual - Cədvəl Analizi, Qrafik Təsvir, Çoxəsaslı Fikir Yürütmə və İki hissəli Analiz - üçün 30 dəqiqə vaxtı var. IR bölməsi çox seçimlidir, lakin kompüter adaptiv deyil.
Cümlə Düzəltmə, Kritik Mülahizə və Oxuyub Anlamanı əhatə edən 41 sualdan ibarət testin Verbal hissəni tamamlamaq üçün 45 dəqiqə vaxt verilir.
Quantitative hissə 37 Məsələ Həlli və Data Yetərliliyi suallarından ibarətdir. Bu hissəni tamamlamaq üçün 75 dəqiqə vaxt verilir.
Kompüter hər çoxvariantlı sual olan hissənin əvvəlində testin çətinlik səviyəsini orta dərəcə olaraq təyin edir. Kompüter formatında olan hissələr (Verbal and Quantitative) kompüterə uyğunlaşdırılmış olduğundan sualların çətinlik səviyyələrini hər insanın bir əvvəlki sualda verdiyi cavablara uyğun olaraq nizamlanır. Bu üsulla test iştirakçısının cavabı kompüter vasitəsi ilə qiymətləndirilir və növbəti sualın çətinlilk səviyyəsi bu məlumat istifadə edilərək hazırlanır. Məsələn, əgər siz bir çətin suala doğru cavab versəniz sonra gələn sual bu informasiya nəticəsində çətin olacaq, yox əgər suala yalnış cavab versəniz kompüter avtomatik olaraq bir sonrakı sualızı asan səviyyədən təyin edəcək. Bütün suallar tək-tək qiymətləndirilib bir sonrakı sual əvvəlkinin cavabına bağlı olduğu üçün testdə əvvəlki cavablarınıza qayıdıb dəyişdirə, ümumiyyətlə əvvəlki suala keçə bilmərsiniz.
Hər rəsmi GMAT imtahanında faktiki test sualları arasında təcrübə xarakterli suallara da yer verilir, lakin hansı maddələrin sınaqdan keçirildiyini və hansı sualın eksperiment sualı olduğunu bilmək mümkün deyil. Buna görə də hər bir suala eyni diqqətlə yanaşmaq lazımdır. İmtahan verənin GMAT nəticəsi tamamladığı sual sayından, hər sualın çətinlik səviyyəsindən və düzgün cavabların sayından asılıdır.

Qiymətlər

Fəlsəfəmiz sizə ən yaxşı təhsili verməkdir. Təlimlərimiz üçün yüksək standartlar qoyduq və təkcə qiymətlərin deyil, bütün xidmətlərin düzgün olmasını təmin etmək üçün çox diqqətlə çalışırıq. Bizim təlimlərimiz test edilir və istifadə sıınağından keçirilir. Təlimçilərimiz təhsil sahəsində ən yaxşılardır və həvəs və təcrübəmizdən əvvəl heyətimizin keyfiyyəti gəlir. Xidmətlərimizə daxil olan bir çox təlimlər keyfiyyət və dəyərin düzgün tarazlığını əldə etmək üçün diqqətli araşdırmalar nəticəsində formalaşdırılmışdır. Mükəmməllik mövzusunda bu həssaslığımız etibarımızın əsasıdır və tələbələrimizin bizə hər addımlarında yenidən müraciət etmələrinin səbəbi də budur.

Dərslər 90 dəqiqə həftədə 2 və ya 3 dəfə olmaqla keçirilir.
Ödənişə daxildir:
• 1 ay kurs
• Qeydiyyat üçün test imtahanı
• Hər ay dəyərləndirmə testi
• Məzun imtahanı və referans məktubu

Copyright © 2017-2018 Sayt SMM-SEO.AZ tərəfindən hazırlanıb

<